Qubadlı rayonunda 100-dən çox mina zərərsizləşdirildi - FOTO



 

Azad edilən ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhəd xətti boyu mina­la­dığı ərazilər DSX-nin mühən­dis-istehkam bölmələri tərəfin­dən hazırda minalar­dan təmizlənilir.

31 yanvar tarixində Qubadlı rayonunun Məlikəhmədli kəndi yaxın­lı­ğın­da 120 ədəd piyada əleyhinə mina sərhədçi istehkamçılar tərə­fin­dən zərərsizləşdirilmişdir.