Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ



 

Fevralın 2-də Binəqədi rayonu, DSK yolu adlanan ərazidə yeraltı qaz sızmasının ləğvi, karroziyaya uğramış qaz kəmərinin əvəzlənməsi məqsədilə yeni çəkilmiş diametri 250 mm olan qaz xəttinin mövcud şəbəkəyə qoşulması işləri icra ediləcək.

Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq 02.02.2021-ci il tarixdə saat 10:00-dan etibarən Binəqədi rayonunun “Vulkan”, “1 may” yaşayış massivləri, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsində qaz təminatında müvəqqəti fasilə yaranacaq.