Gədəbəydə traktor aşdı, ölən və yaralanan var



 

Gədəbəydə traktorun aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Şınıx kəndi yaxınlığında baş verib.

Hərəkətdə olan traktorun aşması nəticəsinsə 42 yaşlı Seymur Məmmədov hadisə yerində ölüb.

Sürücü 47 yaşlı Muraz Zeynalov isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.