Baş redaktor Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət etdi



 

Xalqxeber.Az xəbər portalının baş redaktoru Peyman Sadıqov azyaşlı qızı Sadıqzadə Nuray Peyman qızının xərçəng xəstəsi olduğunu və müalicəsinə köməklik göstərilməsi üçün  Heydə Əliyev Fondunun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.

Müraciəti olduğu kimi oxucuların diqqətinə çatdırırıq.


Hörmətli, Mehriban xanım Əliyeva!

Siz hər zaman insanlara, yardıma ehtiyacı olanlara dayaq olursunuz. Bu da Sizin şəxsinizə, insani keyfiyyətlərinizə olan sevgini daha da artırır. Sizin xüsusilə uşaqlara qayğınız, sağlamlıq imkanları məhdud körpələrə diqqətiniz ölçüyə gəlməzdir.


Hörmətli, Mehriban xanım Əliyeva!


Məni Sizə kömək üçün məktub ünvanlamağa da məhz bu yüksək insani keyfiyyətləriniz oldu.

Hörmətli, Mehriban xanım Əliyeva!


Qızım Nuray Sadıqzadə xərçəng xəstəsidir. Altı aydır ki, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alır. İndiyə kimi 7 kurs kimyateropiya, 17 dəfə radio şüa qəbul edib. Hazırda isə təcili əməliyyat olunmalıdır.

Hörmətli, Mehriban xanım Əliyeva!

Bir ata kimi sizdən xahiş edirəm, övladımın müalicəsi və əməliyyat olması üçün mənə kömək edəsiniz. Nuray bu gün ölümlə üz-üzədir. Övladımın əməliyyat olmasına görə, lazım olan İnternal Hemipelvektomiya üçün Tumor Rezeksion Endoprotezin Milli Onkologiya Mərkəzinə alınıb verilməsini Sizdən artıq dərəcədə xahiş edirəm. Onu xəstə yatağında, hərəkətsiz görmək isə bir valideyn olaraq mənim üçün dəhşətlidir.

Hörmətli, Mehriban xanım Əliyeva!

Sizdən qızımın müalicəsinin davam etdirilməsi üçün göstəriş vermənizi artıq dərəcədə xahiş edirəm. Sizin köməksiz, çətin vəziyyətdə olan insanlara hər zaman kömək əlinizi uzatdığınızı bilirəm. Əminəm ki, Nuray balamın da sağlamlığına qovuşması üçün köməyinizi əsirgəməyəcəksiniz, qızımı köməksiz qoymayacaqsınız! Övladımı həyata qaytarmaqla bir ataya da dünyanın ən böyük xoşbəxtliyini bəxş edəcəksiniz.

komekpeyman sadiqov

Hörmətlə:
Peyman Sadıqov,
Xalqxeber.Az xəbər portalının Baş redaktoru
Əlaqə üçün: 070-254-44-40, 055476-87-87