Kəbirə Məmmədovanın başı artıq cəllad əlində, boynu edam kötüyündədir
Tanınmış iş adamı Kəbirə Məmmədovanın aldatdığı və təhqirlərə məruz qoyduğu ər-arvad Nəsib Daşdəmirov və Suğra Daşdəmirova həm ölkə başçısı cənab İlham Əliyevdən, həm də hüquq mühafizə orqanlarından imdad diləyirlər. Şikayətçilər müraciətin bir nüsxəsində seherxeber.org saytının redaksiyasına göndəriblər.
Həmin müraciəti olduğu kimi oxucuların nəzərinə çatdırırıq.
Hörmətli, Cənab Prezident,
Sizin xalqımızın dünəni, bu günü və sabahı üçün həyata keçirdiyiniz işləriniz heç bir ölçüyə, idraka sığmır. Son 17 ildə uzaqgörən müdrik siyasətiniz nəticəsində müasir tələblərə uyğun 3 mindən artıq məktəb, 100-lərlə səhiyyə müəssisələri, idman kompleksləri və çoxlu sayda sosial təyinatlı digər obyektlər tikilib istifadəyə verilmişdir.
Cəsarətlə deyə bilərik ki, Azərbaycan bu gün Cənubi Qafqazın ən güclü dövlətdir. Onu da əlavə edək ki, sadalanmasına zaman lazım olan digər uğurlarımız da yalnız Sizin düşünülmüş və gərgin zəhmətiniz sayəsində mümkün olmuşdur.
Hörmətli, Cənab Prezident,
Düşüncələrimizə görə ən böyük uğurumuz, sərvətimiz isə əsası unudulmaz Heydər Əliyev tərəfindən qoyulan və tərəfinizdən qorunub saxlanılan ictimai-siyasi sabitliyimiz və əmin-arxayın yaşamağımızdır.
Hörmətli, İlham müəllim,
Sizin 17 illik prezidentliyiniz dövründə həyata keçirdiyiniz dəyəri milyardlarla ölçülən işlərinizdən sutkalarla danışmaq mümkündür və bu işlərin iqtisadi səmərəsini hesablamaq üçün böyük iqtisadçılar dəstəsi lazım gələ bilər. Əldə edilən uğurlarınızı hətta tarixi düşmənimiz ermənilər də etiraf etmək məcburiyyətindədirlər.
Hörmətli, İlham müəllim,
İzn verin, dəyərli vaxtınızı aldığımıza görə üzrxahlıq edək. Arayış üçün bildirək ki, bizi qapınıza pənah gətirməyə vadar edən tanınmış iş adamı Kəbirə Məmmədova tərəfindən hüquqlarımızın tapdanması, onun söyüşlərinə, ölüm, həbs hədələrinə məruz qalmağımızdır.
İcazə verin, Kəbirə Məmmədovanın başımıza gətirdiyi müsibətlər barədə qısaca məlumat verək.
Sizi səmimiyyətimizə inandırmaq istəyirik ki, biz bu günlərimizə qədər heç bir ali hakimiyyət və ya hüquq mühafizə orqanına şikayət yazıb göndərməmişik. Lakin tanınmış iş adamı Kəbirə Məmmədovanın başınıza gətirdiyi müsibətlər bizi üsyankar etmiş, əlimizə qələm alaraq Sizlərə müraciət etməyimizi qaçılmaz etmişdir.
Biz onunla müddətsiz müqavilə imzalayaraq 155 min Amerika dolları verib. Onun rəhbəri olduğu Binə Ticarət Mərkəzində 5 mağaza almışdıq. Mağazaların yeri bizi razı salmadığından mağazaların yerini dəyişdirməyə 40 min dollar, mağazaların təmirinə 20 min dollar və 6 min dollar qapı pulu vermişik.
Göründüyü kimi Kəbirə Məmmədova bizi aldadaraq üst-üstə bizdən 200 min Amerika dollarından çox pul almış lakin uzun müddət keçməsinə baxmayaraq pulumuzu qaytarmır.
Hər dəfə gedib onunla görüşüb pulumuzu istəyirik, bizimlə kobud davranır, bizi kişi söyüşləri ilə təhqir edir, ölümlə, həbslə hədələyir.
Bizə təəccüb təsiri bəxş edən cəhət budur ki, görəsən yüzlərlə çirkin, qanunazidd əməlləri bəlli olan, rəhbəri olduğu ticarət mərkəzində hər gün, hər saat kiçik mülkiyyətçiləri təhqir edən, hüquqlarını tapdayan Kəbirə Məmmədovanı müdafiə edən, onun toxunulmazlığına status verən kimdir?
Necə olur ki, qonşunun toyuğunu oğurlayana cinayət işi açılır amma Kəbirə Məmmədova ya hiylə və ya zorakılıq yolu ilə insanların malını pulunu mənimsəyir üstəlik də küçə söyüşləri ilə təhqir də edir həm də cəzasız qalır?
Cənab Prezident,
Hər bir ölkənin dövlət gerbi, dövlət bayrağı və dövlət himni istənilən ölkənin əlçatmaz, müqəddəs atributlarıdır. Amma biz deyərdik ki, ən dəyərli atribut Allah Taalanın verdiyi gödək ömür payını yaşayan insandır. Soruşmaq lazım gəlir ki, Kəbirə Məmmədovaya kim səlahiyyət verib insanları təhqir etsin?
Hörmətli, cənab Prezident,
Biz hazırda çox acınacaqlı, yoxsul, rəzil və ən kədərli günlərimizi yaşayırıq. Xəcalətimizdən Mağazaları almaq üçün Moskvadan pul göndərən oğlumuzun üzünə baxa bilmirik.
Hörmətli, cənab Prezident,
Bu məktubumuzu xüsusi nəzarətə götürməyinizi və verdiyimiz pulun qaytarılması məqsədilə respublika hüquq mühafizə orqanlarının rəhbərlərinə göstəriş verməyinizi səmimi qəlbdən xahiş edirik, hər bir Azərbaycan vətəndaşının Prezidenti olaraq Sizə ümid edirik və səbirsizliklə gözləyirik.
Qoy Ulu Yaradanımız xalqımızın rahat, firavan yaşaması və doğma Azərbaycanımızın daha da tərəqqisi naminə Sizə əbədi cansağlığı bəxş etsin, Sizi hifz etsin, kölgənizi millətimizin başı üstündən əskik etməsin – Amin!
Səmimi hörmətlə: Nəsib Daşdəmirov və Suğra Daşdəmirova
P.S. Aldatdığı və təhqirlərə məruz qoyulduqlarını bildirən ər-arvad Nəsib Daşdəmirov və Suğra Daşdəmirovanın şikayətilə bağlı tanınmış iş adamı Kəbirə Məmmədova ilə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı. Qarşı tərəf kimi tanınmış iş adamı Kəbirə Məmmədovanında münasibətin ictimailəşdirməyə hazırıq.