Futbola qayıtdı, son pillədəki klubla razılaşdı



 

Dik Advokatın yeni iş yeri müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, 70 yaşlı mütəxəssis hazırda Hollandiya çempionatında son pillədə qərarlaşan “Sparta” klubunu çalışdıracaq.

Təcrübəli çalışdırıcı Rotterdam təmsilçisi ilə mövsümün sonuna kimi müqavilə imzalayıb. Ona klubu çempionatda saxlamaq vəzifəsi verilib.

Qeyd edək ki Advokatın son iş yeri Hollandiya milli komandası olub. O, millidən ayrıldıqdan sonra futboldan gedəcəyini açıqlamışdı.