“Rəqib hücumlarını ofsaydla kəs, ya Rəbbim” - Lider klubdan maraqlı addım



 

Türkiyəni həvəskarlar liqasında çıxıq edən “Ereğlispor” klubunun rəhbərliyi maraqlı addım ilə gündəmə düşüb.  “Qafqazinfo” xəbər verir ki, Zonquldakdakı həvəskarlar liqasında ilk yarını lider kimi tamamlayan “Ereğlispor” klubunun rəhbərliyi məsciddə dua mərasimi təşkil edib. 

Komanda üçün dua edən imamın duaları isə böyük marağa səbəb olub: “Allah, sən özün komandanın futbolçularını qırmızı vərəqələrdən mühafizə et. Oyunlarda onlara qüvvət ver. Qardaşlarımızın vurduğu toplar qol olsun, hər matçda 3 xal qazansın. Rəqib hücumlarını ofsaydlar kəs, ya Rəbbim”.

Klub prezidenti Kaan Kocaman Anadolu Agentliyinə açıqlamasında bu həftə başlayacaq ikinci dövrə öncəsi təşkil etdikləri mərasimə bütün oyunçuların və texniki heyətin qatıldığını bildirib: “Uğursuzluqlardan uzaq olmaq üçün bunu təşkil etdik.  Çünki Allahdan başqa sığınacağımız bir yer yoxdur. İnşallah, çempion olacağıq”.