Deputatın şirkəti cərimə olundu



 

 

 

“Azərmed” Məhdud Məsuliyyətli Cəmiyyəti karantin rejimi qaydalarını pozduğu üçün cərimə olunub. 

Demokrat.az-ın məlumatına görə, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib olunub və cəza tədbiri görülməsi üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. 

Hakim Günay Cavadovanın sədrliyi ilə baş tutan iclasda MMC-nin xüsusi karantin rejimi qaydasını pozması müəyyən edilib və cərimə olunması barədə qətnamə qəbul edilib. 

İddia olunur ki, “Azərmed” MMC deputat Kamaləddin Qafarovun ailəsinə məxsusdur.