Fatih Terim maaşının üçdə bir hissəsindən imtina etdi
“Qalatasaray”ın baş məşqçisi Fatih Terim koronavirus epidemiyası səbəbindən maliyyə böhranı yaşayan kluba öz dəstəyini verib.
“Haber7” məlumat verir ki, illik 18 milyon türk lirəsi qazanan təcrübəli mütəxəssis maaşının 1/3 hissəsindən imtina edib.
F.Terim həmçinin transfer xərclərinin də azaldılmasının tərafdarı olduğunu bildirib.