27 yaşlı basketbolçu məşq zamanı öldü



 

Serbiyanın “Srvena Zvezda” klubunun sabiq üzvü, nigeriyalı Makyl Oco məşq zamanı ölüb. 

“Metaratings” xəbər verir ki, onun 27 yaşı olub. 

Bildirilib ki, Oco “Parizan”la individual məşq zamanı səhər qaçışında özünü pis hiss edib. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

Qeyd edək ki, Oco 2018-ci ildə Belqrad klubuna qoşulub. Bir il sonra peşəkar karyerasına başlayıb. “Srvena Zvezda”da çıxış etdiyi iki mövsümdə o, Adriatik liqasının qalibi və Superkubokun sahibi olub. 

Oco bir müddət öncə “Srvena Zvezda” ilə müqaviləsini yeniləməyib və azad agent statusunu alıb.