Robert Levandovski: “Kloppun sanki iki üzü var”



 

“Bavariya”nın polşalı futbolçusu Robert Levandovski sevimli məşqçiləri barədə danışıb.

ESPN telekanalı xəbər verir ki, R.Levandovski “Liverpul”un çalışdırıcısı Yurgen Kloppu ən yaxşı baş məşqçisi hesab edir.

“Ən çox sevdiyim baş məşqçi Yurgen Kloppdur. Onun sanki iki üzü var. Klopp futbolçularına ata kimi münasibət bəsləyir. O, oyunçulara çox mehriban münasibət göstərir. Digər üzü isə məşqçi kimidir. Klopp futbolçularına qarşı istənilən ifadəni işlədə bilər. O, futbolçular üçün böyük motivasiya qaynağıdır. Bu işi mükəmməl şəkildə etməyi bacarır. Klopp təkcə əla məşqçi deyil, həm də yaxşı insandır”, - deyə, Robert Levandovski qeyd edib.

Məşhur hücumçu ikinci sevimli məşqçisinin isə “Mançestr Siti” klubunun baş məşqçisi Xosep Qvardiola olduğunu bildirib.