36 zərbə, 2 qol - “Real Madrid” çətinliklə finalda



 

“Real Madrid” Klublararası Dünya Kubokunun yarımfinalında Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubu ilə qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, matç başdan sona qədər İspaniya təmsilçisinin üstünlüyü ilə keçib.

İlk hissədə ardıcıl hücumlara və zərbələrə baxmayaraq, fasiləyə “Əl-Cəzirə” 1-0 öndə yollanıb. İkinci hissədə isə nəhayət ki, Zinəddin Zidanın yetirmələrinin hücumları nəticə verib. 2 qol vuran “Real Madrid” matçdan qələbə ilə ayrılıb və adını finala yazdırıb.

Matç ərzində “Kral klubu” rəqib qapısına 36 zərbə vurub. Bunlardan 14-ü isə 100 faizlik qol şansı olub. Bundan başqa, oyunda 2 qol isə videotəkrardan sonra ləğv edilib.

Qeyd edək ki, final matçı 16 dekabrda “Real Madrid” və Braziliyanın “Qremio” klubları arasında olacaq.

“Əl-Cəzirə” – “Real Madrid” - 1:2

Qollar: 41 – Romarinyo // 53 - Ronaldo, 81 - Qaret Beyl.