“Qəbələ” 8:0-la ¼ finalda
Azərbaycan kubokunda daha 4 oyun başa çatıb. “Qafqazinfo” xəbər verir ki, ən böyükhesablı qələbə Qəbələdə qeydə alınıb.
Şəhərin eyniadlı komandası “Mil-Muğan”ı 8:0 hesabı ilə məğlub edib.
Azərbaycan kuboku
1/8 final
29 noyabr (çərşənbə)
“Şüvəlan” – “Səbail” - 1:2
Qollar: Elvin Həsənəliyev, 10 - Aslan Hüseynov, 60, Ayron Stati, 78
MOİK – “Keşlə” - 0:3
Qollar: Adrian Skarlatake, 41, Mirsahib Abbasov, 65, Rafael Məhərrəmli, 80
“Kəpəz” – “Binə” - 3:0
Qollar: İlyas Səfərzadə, 65, 71, Şəhriyar Rəhimov, 82
“Qəbələ” – “Mil-Muğan” - 8:0
Qollar: Cavid Hüseynov, 30-pen., Ruslan Qurbanov, 42, Filip Ozobiç, 45+1, 58, 85, Ülvi İsgəndərov, 52, Ekiqo Ehiosun, 73, Hacıağa Hacıyev, 84