Keçmiş qol kralının həbsi tələb edildi, sonra sərbəst buraxıldı - Yenilənib



 

FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilərək 17 noyabrda saxlanılan türkiyəli keçmiş futbolçu Zəfər Biryolun həbs edilməsi tələb edilib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə prosesinin yaxın günlərdə keçiriləcəyi gözlənilir.

Eyni istintaq çərçivəsində saxlanılmış digər futbolçu Bəkir İrtəgün sərbəst buraxılmış, qapıçı Ömər Çatkıç isə həbs edilmişdi.

Qeyd edək ki, “Mersin İdman Yurdu”, “Bursaspor”, “Çaykur Rizespor”, “Fənərbağça” kimi klublarda oynamış 40 yaşlı Z.Biryol, 2003-2004 mövsümündə “Konyaspor”un heyətində 25 qolla qol kralı olmuşdu.

***

Məhkəmənin qərarı ilə Z.Biryol sərbəst buraxılıb. Sabiq futbolçu barəsində açılan cinayət işinin istintaqı, o azadlıqda olaraq davam etdiriləcək.