İranın müdafiə naziri: Növbəti cavab...
İranın Müdafiə naziri Əmir Hatəmi İraqdakı ABŞ bazasına raket zərbələrinin endirilməsindən sonra Tehranın bu istiqamətdə digər tədbirlər görüb görməyəcəyi barədə jurnalistlərin suallarını cavablandırıb.
Bu barədə “Moskovskiy Komsomolets” nəşri məlumat yayıb.
“Növbəti cavab ABŞ-ın davranışına proporsional olacaq”, - nazir bildirib.
İranlı nazir, həmçinin, sözügedən raket zərbəsi ilə ABŞ-a böyük dərs verdiklərini qeyd edib.