Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
Azərbaycan bu sahədə xeyli uğurlara imza atıb
Ölkəmizin inkişaf sürəti onun müstəqillik əldə etdiyi zamanla müqayisədə xeyli irəlidədir. Hazırda Azərbaycanın, hətta iki əsr bundan öncə inkişaf etməyə başlamış iri dövlətlərlə bir cərgədə addımlamağa cəhd etməsi, bir sıra sahələrdə onlarla qarşılıqlı əməkdaşlığa nail olması, ilk növbədə, beynəlxalq demokratik dəyərlərə və meyarlara sürətlə yiyələnməsi və həmin dəyərləri ölkədə geniş tətbiq etməsinin nəticəsidir.
Azərbaycanın müstəqillik əldə etdiyi andan demokratik inkişaf yolu seçdiyi və Qərbə inteqrasiya kursu götürdüyü hər kəsə bəllidir. Müstəqilliyimizin ilk iki ili çox çətin və dözülməz, həlli asan olmayan problrmlərlə üzləşdi. Ölkədə hakimiyyət uğrunda gedən mübarizə idarəetməni son dərəcə çətinləşdirmişdi. AXC ilə Ayaz Mütəllibov hakimiyyəti arasında gedən kürsü davası ikincinin zorla hakimiyyətdən uzaqlaşdırıması ilə nəticələnmişdi. Ölkədə hakimiyyət böhranının yaranmasından istifadə edən erməni seperatçıları Dağlıq Qarabağın əksər hissəsini, o cümlədən Şuşanı işğal etmişdilər. Hakimiyyəti zorla ələ keşirən AXC hakimiyyəti çox keçmədi ki, özü də Sürət Hüseynovun silahlı üsyanı nəticəsində hakimiyyətdən devrildi. Belə çətin şəraitdə, yəni Dağlıq Qarabağ ətrafında Ermənistanla ölkəmiz arasında baş verən qanlı münaqişə şəraitində, dövlətçiliyimizin təhlükə ilə üzləşdiyi zaman xalq Ümummilli Lider Heydər Əliyevi israrla hakimiyyətə gətirdi. Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dövlətinin bütün həyatında ciddi dönüş yaratdı. Eyni zamanda ölkədə demokratik dəyərlərin, o cümlədən fikir, söz və mətbuat azadlığının, plüralizmin inkişafına diqqət və qayğı artdı. Ölkədə ilk demokratik seçkilər keçirildi. Ölkənin ilk demokratik Konstitusiyası xalqın gizli səsverməsilə qəbul olundu. Seçkilər azad, şəffaf və demokratik mübarizə şəraitində, hər bir namizədə bərabər şərait yaradılmaqla, geniş təbliğat və təşviqat kampaniyası aparmaqla həyata keçirildi. Seçki prosesində və bütövlükdə cəmiyyətdə azad fikirə, söz və mətbuat azadlığına, plüralizmə geniş meydan verildi. Ümummilli Lider Heydər Əliyevin fikir, söz və mətbuat azadlığı, plüralizmin ölkədə inkişaf etdirilməsi istiqamətində götürdüyü kursu uğurla davam etdirən Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən Heydər Əliyevin qoyduğu bütün ənənlərin, o cümlədən fikir, söz və mətbuat azadlığı, plüralizmin ölkədə inkişaf etməsinə daha geniş planda yer ayırdı. Ölkədə fərqli fikirə, sözə və müxtəlif yönümlü mətbuatın, plüralizmin inkişafına dəstək gücləndi. Müxalifət mətbuatının normal fəaliyyət göstərməsi üçün imkan genişləndirildi, hakimiyyəti tənqid edən mətbu orqanlarının əməkdaşlarına qarşı hücumlara son qoyuldu. Jurnalistlərin peşə fəaliyyətini maneəsiz yerinə yetirməsi üçün şərait yaradıldı, qəzetlərin məhkəmə çəkişmələrinə cəlb edilməsinin qarşısı cənab Prezident tərəfindən alındı və nəzarətə götürüldü.
Ölkəmizdə fikir, söz və mətbuat azadlığı, plüralizmin inkişaf etdirilməsi sahəsində mövcud vəziyyəti öyrənmək məqsədilə BDU-nun Jurnalistika fakültəsinin professoru Nəsir Əhmədlinin fikrini öyrəndim. Nəsir müəllim sualıma cavab olaraq bunları bildirdi.
"Azərbaycanda fikir, söz və mətbuat azadlığı, plüralimin inkişafına böyük dövlət qayğısı var. Hazırda ölkəmizdə söz azadlığının, fikir müxtəlifliyinin, plüraluzmin geniş inkişaf etdiyini dərc olunan qəzetlərdəki tənqidi məqalələrdə, hər gün izlədiyimiz sosial şəbəkələrdə, internet mediada aydın şəkildə oxumaq, sərbəst izləmək, rəy bildirmək imkanlarımız var. Ölkə hökuməti bu istiqamətdə vətəndaşlara kifayət qədər yaxşı şərait yaradıb, vətəndaşlarımızın 70 faizi internet istifadəçisidir və öz fikirlərini azad ifadə etməkdə tam sərbəstdirlər.
Bu gün Azərbaycanın söz və mətbuat azadlığının, plüralizmin inkişaf etməsinə görə, dünyada öndə gedən dövlətlər sırasında olması heç də təsadüfi deyil. Təəssüflə qeyd edim ki, fikir, söz və mətbuat azadlığının, plüralizmin inkişafı üçün ölkədə yaradılmış demokratik şəraitdən sui-istifadə edən, söyüşə, təhqirə, şərə, böhtana rəvac verən antimilli, antihumanist ünsürlər bütün əxlaq normalarını ayaq altına atmaqdan çəkinmirlər. Düşünürəm ki, hər kəs bu ünsürlərə qarşı mübarizə aparmalıdır və azad fikirə, sözə, mətbuata və plüralizmə yaradılan şəraitdən pis məqsədlər üçün istifadə edilməsinə qarşı çıxmalıdır. Bununla yanaşı, ölkədə tənqidi mətbuatın zəif inkişafı cəmiyyəti çox narahat edir. Qəzetlər dövlətdən maliyyə yardımları alıb, müntəzəm çıxırsa da, oxucu marağını cəlb edən yazılara çox az hallarda rəst gəlinir. Buna görə də qəzetlərin satışı həddindən artıq zəifdir. Bəzilərinin bunun səbəbini internetin, sosil medianın sürətli inkişafı ilə bağlaması düz yanaşma deyil. Əslində, məsələ qəzetlərə maliyyə müstəqilliyinin tam verilməməsilə bağlıdır. Necə ola bilir ki, dünyanın bütün inkişaf etmiş ölkələrində çıxan qəzetlərə internet medianın mənfi təsiri olmur, amma Azərbaycanda qəzetlərin çıxmasına internet, sosial şəbəkələr mənfi təsir göstərir? Ölkə mətbuatına dövlət tərəfindən məhdud maliyyə yardımı göstərilməsi əvəzinə, qəzetlərin reklamla təmin olunmasını təşkil etməklə, maddi imkanlarını gücləndirməklə, onların dövlətdən asılılığına son qoymaqla, müstəqilliyini təmin etmək və beləliklə də qəzetlərin oxucular üçün daha maraqlı çıxmasına şərait yaratmaq lazımdır. Hərdən köşkə yaxınlaşıb qəzetlərə nəzər salıram və sanki qəzetlər eyni mövzuları dərc edirlər. Bir qəzetlə tanış olduqdan sonra digər qəzetlərə baxmağa ehtiyac qalmır."
BDU-nun professoru, tanınmış jurnalist Qulu Məhərrəmli isə mövzuya münasibətini aşağıdakı kimi bildirdi.
"Fikir, söz və mətbuat azadlığının, plüralizmin inkişaf etdirilməsi hər bir demokratik inkişaf yolu keçmiş ölkə üçün prioritet məsələdir. Azərbaycan da demokratik inkişaf yolu seçən ölkə kimi, fikir, söz və mətbuat azadlığının, plüraluzmin inkişaf etdirilməsinə ciddi diqqət yetirməlidir. Ölkədə bu istiqamətdə qanunçuluq bazası kifayət qədər təmin olunsa da, reallıqda bu qanunların tam işlədiyini, tənqidi mətbuatın inkişafına normal münasibət bəsləndiyini demək mümkün deyil. Azad sözə, fərqli fikirə, tənqidə münasibət ölkədə bimənalı deyil. Hazırda tənqidi, müxalif fikir, söz sahiblərinin ölkə həbsxanalarında saxlanması dediyimə sübutdur. Bildiyim qədər qanun layihəsinin çoxdan təqdim olmasına baxmayaraq, ölkə parlamenti diffamasiya haqqında qanunu hələ də qəbul etməkdən çəkinir. Bu qanun qəbul olunmadıqca, ölkədə fikir, söz və mətbuat azadlığının, plüralizmin inkişaf etməsindən nə qədər danışsaq da, beynəlxalq ictimaiyyət bizimlə razılaşmayacaq. Ona görə də hər birimiz ölkədə söz və mətbuat azadlığının qorunması istiqamətində addım atılması üçün şəxsi səylərimizi gücləndirməlitik. Digər tərəfdən, ölkədə fikir, söz və mətbaut azadlığının, plüralizmin təmin olunmasının ən yaxşı təzahürü azad mətbuatdır. Nə qədər var desək də, açıq danışmaq lazımdır ki, ölkədə çıxan qəzetlərin səhifələrində cəmiyyəti maraqlandıran məqalələr, insanların həyat problemlərini əks etdirən, Prezidentin də etiraf etdiyi kimi, ölkədə tüğyan edən məmur özbaşınalığı, rüşvətxorluq və korrupsiya halları barədə ifşaedici yazılara rast gəlinmir. Oxucu onu maraqlandıran suallara cavab tapa bimədiyi qzetə 40-50 qəpik pulunu nə üçün verməlidir? Yəni qəzetlər elə vəziyyətdə çıxır ki, oxucular həmin qəzetləri əlinə almaq belə, istəmir.
Ümumiyyətlə, fikir, söz və plüralizmin mənbəyi olan qəzetlərin yaşaması üçün onun dövlətdən asılılığına son qoyulmalıdır, qəzetlər reklamla təmin olunmalıdır, Rusiya və digər qonşu dövlətlərdə olduğu kimi, qəzetlərin satışı hər yerdə, hətta əhalinin gündəlik təlabat malları aldığı mağazalarda belə, təşkil olunmalıdır".
Mövzu ilə əlaqədar ölkənin iki tanınmış professorundan aldığım fikirlər kifayət qədər fərqli olsa da, hər iki fikirin ölkəmizdə fikir, söz və mətbuat azadlığının, plüralizmin inkişaf etdirilməsi ilə bağlı reallığı əks etdirdiyini düşünürəm. Əgər ölkəmizdə geniş kadr islaharlarına ölkə Prezidenti tərəfindən start verilibsə, rüşvətxorluğa və korrupsiyaya qarşı müharibə elan olunubsa, deməli, bu islahat və mübarizənin həyata keçirilməsində azad mətbuatın rolunu danmaq mümkün deyil. Əgər ölkə Prezidenti medianı özünün köməkçisi hesab edirsə, Şamaxıda yeni tikilmiş məktəb binasının yarasız vəziyyəti ilə telviziyadan məlumat alıb, dərhal tədbir görürsə, ölkədə azad mətbuatın dövlət və xalq üçün nə qədər önəm kəsb etdiyini müəyyən etmək çətin deyil. Ölkəmizin media qurluşları dövlətin idarə olunmasında baş verən ən ufaq çatışmazlığı belə, ortaya çıxarmaq üçün ən yaxşı vasitə olduğunu çoxdan təsdiq edib. Azərbaycanda fikir, söz və mətbuat azadlığı, plüralizmin təmin olunması sahəsində xeyli müsbət işlər görülsə də, ölkəmiz daim beynəlxalq təşkilatların tənqidinə məruz qalır və ölkə Prezidenti tənqid hədəfinə çevrilir. Araşdırmalar və təhlillərin nəticələri təsdiq edir ki, bunun əsas səbəbi heç də ölkə mətbuatının düşdüyü ağır vəziyyətlə bağlı deyil. Sadəcə olaraq, bu qarayaxmalar ölkəmizin bədxahları, düşmənləri və onların əlində oyuncağa çevrilmiş radikal müxalifət nümayəndələrinin uydurduqları yalanın, böhtanın və şantajın məhsuludur. Ölkə Prezidentinin müstəqil mətbuata, peşəkar jurnalistlərin sosial- məişət şəraitinin yaxşılaşdırmaq istiqamətində göstərdiyi diqqət dünyanın gözü qarşısındadır. Bu günədək hansı ölkədə 400 nəfərdən çox jurnalistə təmənnasız mənzil verilib, hansı ölkədə 500-dən çox jurnalist yazı müsabiqəsinin qalibi kimi, pulla mükafatlandırılıb? Ölkə Prezidentinin diqqət və qayğısı nəticəsində jurnalist peşəsi qısa müddətdə ən yaxşı peşələr sırasına daxil olub və hər il tələbə qəbulu zamanı bu peşəni seçənlərin sırası getdikcə genişlənir. Qeyd etdiyimiz məqamlar bir daha təsdiq edir ki, Azərbaycanda fikr, söz və mətbuat azadlığının, plüralizmin inkişafına dövlət səviyyəsində xüsusi diqqət qayğı göstərilir.
Mahir Abbaszadə
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün dərc edilib