“Görünən odur ki, hakimlər oyunu “qırdılar”” - Rövnəq Abdullayev
AFFA prezidenti Rövnəq Abdullayev Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində baş tutan “Qarabağ” – “Çelsi” oyununu izləyib.
“Qafqazinfo” xəbər verir ki, qurum prezidenti oyundan sonra əməkdaşımızın suallarını cavablandırıb.
O, hakimin “Qarabağ”ın əleyhinə səhv qərarlar qəbul etdiyini deyib:
“Hamımız “Qarabağ” üçün çətin olacağını bilirdik. Epizodlara yenidən baxmaq lazımdır. Amma görünən odur ki, hakimlər oyunu “qırdılar”. Amma futboldu, hər şey ol bilər”.
Abdullayev “Qarabağ”ın son oyunlarda daha çox qırmızı vərəqə alma məsələsinə də toxunub: “Qarabağ” son oyunlarda çox qırmızı vərəqə alır. Yəqin ki, qaydaları dəyişiblər (gülür). İnanmıram ki, bu, məqsədli şəkildə olsun”.