Ölkəmizdə ekoloji durum
bərbad vəziyyətdədir
Milli dəyərlərimiz və dərsliklər gələcəyimizin rəhnidir
Dünyanın qarşılaşdığı qlobal problemlərdən biri də ekoloji durumla bağlıdır. Bu ölkəmizdən də yan ötməyib. Ölkəmizdə də ekoloji durum ürəkaçan deyil. Xüsusən də erməni işqalı altında olan ərazilərdə vəziyyət fəlakət həddini belə keçib. Nəinki paytaxt Bakıda, hətta bizim yaxından tanıdığımız, mərkəzi Aran və cənub bölgələrində harın məmurlar ağacları kəsib yerində restoranlar, kafelər, istixanalar yaradır və ya arpa əkirlər. Bu kimi mühüm sferaları əhatə etməklə, ölkə rəhbəri dəfələrlə Nazirlər Kabinetinin iclaslarında respublikamızda ağacların kəsilməsinin qadağan olunduğunu bəyan edib. Prezident icra orqanlarında yüksək vəzifə tutuan şəxslərə də dəfələrlə bu barədə xəbərdarlıq edib. Bu konteksdə ekoloji problem istər lokal, istərsə də qlobal xarekterinə gorə hər bir insanda, hər bir vətəndaşda narahatlıq hissi döğurmalı, məsuliyyət yaratmalıdır. Ona gorə də orta məktəb dərsliklərində bu problemə diqqət verməli, verilən mətnlərdə, şərh edilən mövzularda həyacan təbili çalınmalıdır. Bu gün istifadə edilən dərsliklərdə bu problemə nə dərəcədə diqqət yetirilir, hansı səviyyədə şagirdlərə ekoloji problemlərə həssas münasibət aşlanır? Ekologiyanın nəzəri problemləri barədə orta məktəblərdə tədris olunan "İnsan və cəmiyyət" dərsliklərində şagirdlər kifayət qədər məlumat ala bilər. XI sinif dərsliyinin son bölməsində müasir dünyanın digər qlobal problemləri ilə yanaşı ətraf mühitin qorunması və çirikləndirilməsinə dair şagirdlərə və VII sinif dərsliklərində aşılanan bilgilər daha da genişlndirilib. İbtidai siniflərdən başlanmış XI sinifə qədər ədəbiyyat dərsliklərində təbiətlə bağlı müxtəlif materiallar özünün əksini tapıb. V sinfin ədəbiyyat dərsliyində "Təbiət gözəlliyinin tərənnümü və təbiətə qayğı", VI sinif dərsliyində "Azərbaycan dünyam mənim", VII sinif dərsliyində "Doğma təbiət" adlı bölmələrində təbiətə aid əsərlər, VIII sinif dərsliyində Nəsiminin "Mövsumi-novruzu neysan"... Ş.İ.Xətainin "Bahariyyə", Aşıq Ələsgərin "Dağlar" şerləri verilib. IX, X, və XI siniflərin dərsliklərində də ayrı-ayrı sənətkarların yaradıcılığından bəhs edilərkən onların təbiət mövzularında yazdıqları əsərlərə toxunulub.
Bu əsərlərin təhlili ümumi sənətkarlıq xüsusiyyətlərinin təhlili baxımından qənaətbəxş olsa da, şagirdlərə ümumi və mücərrəd şəkildə vətənə məhəbbət, təbiət gözəlliklərinə sevgi aşılamaq niyyətindən o yana keçə bilmir. Şagirdlər "təbiəti necə qorumaq lazımdır, onların üzərinə hansı məsuliyyət düşür?" kimi suallar ətrafında düşünməyə yönəldilmir. Anlamaq mümkün deyil ki, dərsliklərdə nə qədər dağlara, yaylağa bənovşəyə həsr olunmuş şerlər vermək olar? Şagird bir dərslikdə, yaxud oxuduğu illər ərzində gül-çiçək, dağ, yaylaq barədə nə qədər şer öyrənməlidir? Yazıçıların yaradıcılığından verilən tərənnüm xarekterli bədii mətinlərdə şagirdlərin diqqətini ekoloji problemlərə, təbiətin qayğısına səsləyən sual və tapşırıqların üzərinə yönəltmək lazımdır. Misal üçün VII sinifdə şagirdlərə tədris edilən Aşıq Ələsgərin "Dağlar" şerinin istər təhlilində, istərsə də məzmunu ilə bağlı verilən sual və tapşırıqlarda bircə cümlə ilə olsa belə, ekoloji problemə diqqət yetirilməyib. Dərsliklərdə verilən "Yaylaq" şerinin təhlili zamanı erməni tapdağı altında qalan səfalı yaylaqlarımızın ekoloji durumu barədə qısa məlumat vermək, onları bu məsələ ətrafında fikir mübadiləsinə cəlb etmək yaxşı olardı. Bu baxımdan IX sinifin ədəbiyyat dərsliyində İsa Hüseynovun "Zəhər" hekayəsi qənaətbəxş hesab edilə bilər. Təqdim edilən bədii nümunə, əsərin təhlili zamanı interaktiv sual və tapşırıqlar şagirdlərin diqqətini günümüzdə baş verən "ekoloji soyqıma", təbiətə bəslənən ögey münasibətə yönəldə, onların döğma planetimizin taleyi barədə düşünməyə, onların bir vətəndaş olaraq ekologiyanın qorunmasında öz rol və vəzifələrini dərk etməyə sövq edə bilər. Bu materiallar özü-özlüyündə şagirddə hər hansı dəyəri tərbiyə etmir, onda mexaniki şəkildə vətəndaşlıq şüuru yaratmır. Bədii mətini əzbərləmək, yalnız onun bədii xüsusiyyətləri üzərində şagirdi işlətmək müasir təhsil standartlarına cavab verə bilməz. Dərsliklər şagirdləri, bizi çılğalayan, dünyamızı, ölkəmizi narahat edən problemlər barədə düşünməyə və nəticə cıxarmağa şövq etməlidir. Biz araşdırdıq, düşünməksə sizdən.
Əlizadə Nəhmədağaoğlu