Biz niyə kasıbıq?



 

"Yolsuzluq" xəstəliyinə mübtəla məmurlar

 Sirr deyil ki, "neft və milyonlar səltənəti"ndə yüksək kür-sülərdə əyləşən bəzi  məmurlarımız onlara verilən vəzifə səlahiyyətlərindən yalnız varlanmaq məqsədi ilə istifadə edərək, sadə vətəndaşları yoxsulluq sindromuna, dilənçiliyə duçar edirlər. Sadə insanların əməyini istismar edərək, onları yoxsulluğa düçar etmək, əslində, insan cəmiyyətində ən pis əməl sahiblərinin tutduqları yoldur. Bu yolu özlərinə daimi dolanışıq mənbəyi seçənlərin, haqq yoluna qayıtması və haramxorluqdan əl götürməsi çox çətin, hətta mümkün olmayan bir əməldir. Məlumdur ki, canavarın ağzı sürüdəki qoyunlardan birinə, ağzı ətə-dada gələndən sonra, bütün sürünün axrına çıxmağa calışdığı kimi, məmurların da ağzı oğurluq pula-paraya, rüşvətə, xalqdan, dövlətdən taladığı qənimətə, sərvətə dəyibsə, həmin məmurların sonradan əməlindən əl götürüb, normal həyata qayıdacaqlarına inanmaq, ölünün diriləcəyinə inanmaq qədər absurddur. Dediklərimə şəkk edən, inanmaq istəməyənlər varsa, bir ətrafına nəzər salıb ölkəni talayan, meydanda cilov gəmirən məmurlara diqqət etsin. Görün ölkəmizi talayan, insanları zəlil gününə qoyan, rəhbərlik etdiyi qurumlarda-idarə, müəssisə və təşklatlarda əl-qol ataraq düzlükdən, haqdan, ədalətdən danışan, əslində isə soyğunçuluğa və talançılığa vərdış etmiş məmurlar çetesi necə həyat və       yaşam tərzi keçirir. Əslində, bax, belələrinə "yolsuz adam" deyirlər. Bu tip insanlar tutduqları yolun sonunu görmək iqtidarında deyillər. Allahtəala onların bəsirət gözünü elə bağlayıb ki, elədikləri əməlləri belə görmürlər. Məhz buna görə xalqımız belə insanlara "yolsuz adam" deyirlər. Dilimizdəki "yolsuzluq" məfumunun məna yükü öz tutumuna görə, rüşvətxorluq, korrupsiya, oğurluq məfhumundan daha geniş və əhatəli olduğunu nəzərə alaraq, bu gün ölkəmizdə baş alıb gedən və artıq bəzi dövlət qurumlarında adi hala çevrilən rüşvətxorluq, korrupsiya və digər naqis əməllərin belə bir ad altında cəmiyyətə, oxuculara təqdim etmək, məncə daha düzgün olar. Vətəndaşların tələbi də, məhz budur. Yəni, cəmiyyətdə əyri yolla haram qazanc əldə etməyi həyatın mənası kimi görən bəzilərinin hansı əməl sahibləri olduqlarını bildiyimizdən onları cəmiyyətə də öz adları ilə -yolsüzlar- təqdim etmək daha düzgün olardı.

Vətəndaşlarımız marketlərdə, bazar-dükanda alış-verış edəndə, burada çalışan xanımların gözlərinə diqqət etsələr, onların kədərli "narazı baxışları" heç kimin diqqətindən yayınmır. Ələlxüsus da cənub bölgəsi, Biləsuvar, Cəlilabad rayonlarda marketlərdə işləyən xanımların dediklərinə görə, onlar burada carəsizlikdən, çörək puluna ehtiyacları olduğundan işləyirlər. Ayın bütün günlərini səhər saat 07-dən axşam 19-a kimi çalışan bu xanımları hər hansı bir xırda noqsana görə, market sahibləri istədikləri kimi cəzalandırır, maaşlarını kəsir, hətta işlədikləri zaman  pul ödəmədən belə işdən qovurlar. Burada Əmək Müqaviləsi deyilən bir sənəd barədə heç kimin məlum yoxdur, olanlar da formal xarakter daşıyır. İşcilərin sayı düzgün göstərilmir, dövlətə məcburi sığorta və digər ödəmələrin əsas hissəsi gizlədilir. Bu iş metoduna narazılıq edənlərə isə "get xöş gəldin, kimə istəyirsən şikayət et",- deyərək işindən kənara atırlar. Deməli kimsə var-"krışaları" yuxarıda, onlar kim nə deyə bilər ki?! Regionlarda fəaliyyət göstərən coxsaylı şadlıq sarayları da bu prinsiplə işləyir. Bu isə o deməkdir ki, ölkəmizdə fəaliyyət göstərən ticarət şəbəkələrindən vergilərə, o cümlədən dövlət büğcəsinə ödəmələr sfır səviyəsindədir. Yəni "gör məni, güldürüm səni" metoduyla işləyən nəzarət- təftiş müfəttişləri də, digər yüksək vəzifəli məmurlar kimi, yalnız öz ciblərini düşünürlər. Və düşününlər ki, "haqqı" ödəyəcəklər və onlara "gözün üstə qaşın var" deyən olmayacaq.

Məlumdur ki, coxceşidli ticarət şəbəkələrində elektirik enerjisinin sərfiyyatı da kəllə-carxa çıxır. Lakin, burada fürsəti fövtə verməyən elektrik paylayıcı şəbəkəsinin cənabları da rahatca öz haqlarını alır və sadə insanları günlərlə işıqsız qoyaraq həmin itkini onların hesabına silməyə çalışırlar. Yaxud da, xəttdə olan cəmi 3-5 faiz itki 15-20 faizə qaldırılır. Beləliklə, ticarət və biznes şəbəkələrində işlədilən elektrik enerjisinin haqqı çox az miqdarda ödənilir. Gözdən və qulaqdan iraq kənq və qəsəbəldə qanunsuz və hec bir dövlət orqanlarında qeydiyyatda olmayan dükan, qəssabxana, cayxana sahibkarları da eynilə başqaları kimi, onlara da "gözün üstə qaşın var" deyən yoxdur. Atalar demiş, "kəndxudanı gör ,kəndi tala".

Belə bir vəziyyətdə psixoloqların da etiraf etdikləri kimi insanların səhhətində, fiziki sağlamlığında eyni zamanda bir neçə xəstəlik özünə yer edir. Yəni insan ruhunun özündə də onun fəaliyyətinin xarakterinə uyğun, yəni peşə xəstəliklərinin yaranması halları ilə tez-tez rastlaşırıq. Bəzən bu cür xəstə adamlarla, hətta idarə, müəssisə və təşklatlarda hər gün təmasda olmaq məcburiyyətində qalırıq. Bu xəstəliyin adı nəfs pozğunluğudur. Öz nəfsini idarə edə bilməyən, onun quluna çevrilən insan isə sonunda " Yolsuzluq" mərəzinə düçar olur ki, onun da müalicəsi yalnız həbsxana kameralarından keçir. "Yolsuzluq" bir xəstəlik olaraq məmurlar arasında daha çox yayılıb və sağalması cətin olan xəstəliklərdən biri kimi təzahür edir. Qeyd etmək lazımdır ki, dünyanın inkişaf etmiş ölkələrində belə, "yolsuzluq" xəstəliyinə yoluxan məmurlar müalicə üçün türmələrə göndərilir və orada müalicə olunurlar. Ölkəmizdə isə "yolsuzluq" xəstəliyinə mübtala olmuş insanların müalicəsinin qismən müm-kün olduğunu düşünürlər və onlara qarşı radikal tədbirlər görülmür. Hər halda burası Azərbaycan, həmin sağalmaz xəstəliyə yoluxanlar da, kiminsə qohum-əqrəbasıdır... Dövlətimizin və xalqımızın "yolsuzluq" xəstəliyinə tutulanlardan qurtulmağın yolları bəlli olsa da, təəssüf ki, əksinə onlara yaşıl işıq yandırılır.

 Əlizadə Nəhmədağaoğlu