Abşeronun icra başçısı İradə Gülməmmədova ilə Ədalət Camalovanın mövqe mübarizəsi güclənir - İki xanımın savaşı



 

 

Abşeronun icra başçısı İradə Gülməmmədova ilə Ədalət Camalovanın mövqe mübarizəsi güclənir.

 

Abşeronun bu iki nüfuzlu xanımı Balakəndə tanış olub. O vaxt biri rayon poliklinikasında pediatr, digəri bağça müdirəsi idi. Sonra İdarədə xanım Abşerona təyinat alıb. Əvvəlcə Abşeron rayon uşaq poliklinikasının baş həkimi, daha sonra isə icrada məsul vəzifə tutub.
Ədalət Camalova isə vaxtı ilə Təhsil Nazirliyində Misir Mərdanovun müavini olmuş İsgəndər İsgəndərovun köməkliyi ilə Xırdalan 1 saylı tam orta məktəbə direktor gətirilib. Əlbəttə, qüdrətli hamisi olmasa, kim bağça müdirəsi vəzifəsindən birbaşa məktəb direktoru vəzifəsinə gətirilə bilər ki?!..


Hadisələrin gözlənilməz şəkildə baş verdiyini əvvəlcədən heç kim müəyyən edə bilmir və belə gözlənilməz hadisə 02 sentyabr 2015-ci ildə Abşeronda baş verdi. Abşeron rayon icra hakimiyyəti başçısı vəzifəsinə təyin olunan İradə Gülməmmədova haqqında mediada dərc olunan xəbərdən sonra rayondakı narazı insanların haqlı müraciətlərinin tezliklə öz həllini tapacağına ümidlər artdı.


Sumqayıta icra başçısı gedəcəyini dəqiqləşdirən Zakir Fərəcov əvvəlcə yerini yerlisi, hazırda Salyanın icra başçısı vızifəsində olan Sevindik Hətəmova verməyə hazırlaşırdı. Amma qəflətən fikrini dəyişdi. Sevindik Hətəmovun zamanla itaətsizlik göstərə biləcəyi ehtimalı Z. Fərəcovu birinci müavini İradə Gülməmmədovanın üzərində dayanmağa məcbur etdi.
Bu təyinat baş tutduqdan sonra hər şey rayon vətəndaşlarının gözlədiyinin əksinə oldu. İnsanlar yeni təyin olunmuç başçı İradə xanım barədə yanılmışdı. Xanım başçı vəzifəyə keçən kimi öz şəxsi maraqlarını önə çəkməyə üstünlük verdi. Hətta təyinatdan çox keçmədi Abşeronda Zakir Fərəcovun zamanında əhalinin rast gəlmədiyi yeni problemlər üzə çıxdı.
Xanım başçı bu problemləri həll etmək əvəzinə, rayonda yaxşı pul gətirən torpaq alverini sürətlətdirdi, ticarətə, biznesə girişdi, sahib olduğu təndirlərin sayını artırdı, rüşvətxorluq və korrupsiya epidemiya kimi Abşeronu ağuşuna aldı.


Qeyd edək ki, bu ərəfədə 1 saylı Xırdalan tam orta məktəbin direktoru, başçı xanımın rəfiqəsi və qohumu Ə.Camalovanın işləri də heç pis getmirdi. Direktor xanım balaca bir orta məktəbə 300-dən(!) çox müəllim yerləşdirmişdi. Halbuki çoxuna heç dərs saatı da çatmırdi. Müəllimlər gəlir əldə etməsələr də, direktorun gəliri kifayət qədər çox idi. Necə deyərlər, "qaz vurub qazan doldururdu". Xanım durektorun oğlanları xarici ən bahalı inomarka sayıkan “Rənge Rover” sürür, “Leyla” Şadlıq Sarayının yanında yenicə tikilib istifadəyə verilmiş binalarda ən bahalı mənzillərə sahib olmuş, geniç biznes sahibinə çevrilmişlər.


Əhali arasında Xırdalanda yerləşən Heydər Əliyev adına parkdakı uşaq atraksionunun sahibinin də Ədalət Camalova olduğu deyilir. Lakin direktor xanım bunu danır və atraksionun əsil sahibinin icra başçısı İradə Gülməmmədova olduğunu deyir.
Ədalət Camalova Zakir Fərəcov Sumqayıta icra başçısı gedəndən sonra özünü Abşeron təhsil şöbəsinin müdiri postunda hiss etsə də, onun bu istəyinin reallaşması yeni təyin olmuş xanım başçıdan asılı idi. İ. Gülməmmədova isə rəfiqəsinin hansı böyük  iddialara malik olmasından xəbərdar idi. Rəfiqəsinin bu iddialarının gələcəkdə ona təhlükə yarada biləcəyini düşünən icra başçısı Ədalət xanımın ürəyində bəslədiyi Təhsil şöbəsinin müdiriliyi arzusunu ürəyində qoymağa məcbur oldu.


Bundan sonra xanım başçının bəd əməlləri barədə ölkə mediasına xəbər axını çox geniş yayıldı və gücləndi. İ. Gülməmmədovanın Abşerondakı xoşagəlməz əməlləri barədə daha çox fakt əldə edib mediaya ötürmək üçün Ədalət Camalova Abşeron İcra hakimiyyətində çox tez -tez görünməyə başladı.
Lakin Sumqayıtın icra başçısı Zakir Fərəcovun Abşeron icra hakimiyyəti üzərində olan himayəçiliyi məktəb direktorunun səylərinin istənilən nəticəni verməsinə maneə oldu...


İki rəhbər vəzifəli rəfiqənin, qohumun mövqe mübarizəsi indi də Abşeronda davam edir. Bu mübarizədə rəfiqələrdən hansının qalib gələcəyini indidən söyləmək çətin olsa da, reallıq hələlik başçı xanımın qalib tərəf olduğunu deməyi diqtə edir.

 

P. S. Yazıda adları çəkilən xanımların münasibətini dərc etməyə hazırıq.