Ermənistan Azərbaycanı
müharibəyə təhrik edir!?
Elxan Şahinoğlu: "Ermənistanın baş naziri Nikol Paşinyanın
Şuşadakı yallısına necə reaksiya verməliy(d)ik?"
Mübariz Əhmədoğlu: "Müharibəyə gəlincə, Azərbaycan üçün Dağlıq
Qarabağ və itrilmiş digər torpaqları uğrunda müharibə qaçılmazdır"
Son zamanlar Ermənistanın siyasi rəhbərliyi Azərbaycana qarşı qıcıqlanqdırıcı və təhrikedici addımlarını intensivləşdirib. Məsələn, bir neçə həftə əvvəl Ermənistanın Təhlükəsizlik Şurasının iclası Paşinyanın adından danışa bilmədiyini iddia etdiyi "Dağlıq Qarabağ"ın inzibati mərkəzi olan Xankəndində keçirildi. Ermənistanın müxtəlif ranqlı dövlət məmurları müharibə-hücum ritorikası ilə bəyanatlar verir, Şuşanın işğalı gününü isə son zamanlar olmadığı kimi təmtaraqlı törənlə qeyd etdilər, özünü demokrat adlandıran Nikol Paşinyan işğal altında olan Azərbaycan torpaqlarında Azərbaycan musiqisinin sədaları altında "Yallı" rəqsi etdi. Bütün bunlar hazırda Azərbaycan cəmiyyətində kifayət qədər qıcıqlara səbəb olur, artıq sosial şəbəkələrdə müharibə çağrışları intensivləşir. Bütün bunlara rəğmən, hadisələrin inkişafı belə təsir bağışlayır ki, rəsmi İravan Azərbaycanı müharibəyə təhrik edir. Doğrudanmı, öz hərbi qüdrətinə güvənməyən Ermənistan müharibə istəyir? Bu sualla politoloq Mübariz Əhmədoğluna müraciət etdik. Politoloq qeyd etdi ki, Ermənistan siyasi rəhbərliyinin belə törənlər keçirməsi birinci dəfə deyil: "Bu ermənilərin vərdişidir. Ermənilər dəqiq bilirlər ki, Şuşa onların şəhəri deyil, amma belə təmtaraqlı törənlərlə dünyaya çatdırmaq istəyirlər ki, Şuşa onların "doğma torpağı"dır. Yəni, ermənilər bu məsələdə bir natamamlıq kompleksi yaşayırlar. Başqa bir faktor ondan ibarətdir ki, ötən il Paşinyan hakimiyətə təzə gəlmişdi, onun Qarabağ siyasəti dəqiq bilinmirdi, ona görə də ötən il o, Şuşa törəninə o qədər də diqqət yetirmədi, bu il isə mərasimə özü təmtaraqla qatıldı.
Digər tərəfdən, Şuşa törəninə bu il İrəvandan və Qarabağdan daha çox erməninin qatılmasını Paşinyana müxalifətçilik kimi xarakterizə etmək gərəkir. Belə ki, "dqr"ın təhlükəsizlik şurasının katibi general Vitali Balasanyan Paşinyana Robert Koçaryanıın Şuşa ziyarətini təmin etmədiyi üçün ona irad bildirib. Sonra isə general jurnalistlərlə söhbətində, cəbhədə son günlər atəşkəs rejiminin pozulmasını şərh edərkən deyib ki, bu sualın cavabını "lift danışıqları" aparan Paşinyandan soruşun. Paşinyan isə öz növbəsində "dqr" rəhbəri Bako Saakyana xəbərdarlıq edib ki, Vitali Balasanyana de, özünü yığışdırsın, yoxsa onunla gələn dəfə başqa dildə danışacaqlar.
O ki qaldı baş nazirin eynəyi köməkçisinə verib qaçaraq yallı dəstəsinə qoşulması, Paşinyanın şəxsi keyfiyyətindən qaynaqlanan bir hərəkətdir, o, bir qədər yüngül xarakterli adamdı.
Bir məsələni də qeyd edim ki, bu törəndə Paşinyanla Sarkisyan arasında təmaslar olub, baş nazir eks-prezidentdən məsləhətlər alıb. Çünki o, Qarabağda və İrəvanda səsləndirdiyi bəyanatları ilə sanki Sarkisyanı təqlid etdi. Məsələn, o vaxta qədər Paşinyan "qarabağ xalqı" terminindən istifadə etməyib, o, bu toplumu adətən "artsax", "üçüncü tərəf" kimi adlandırırdı. Bu dəfə isə Robert Koçaryanın və Seri Sarkisyanın jarqonundan istifadə etdi. İkinci bir məqam ondan ibarətdir ki, Paşinyan Qarabağdan qayıdandan sonra danışıqların yeni mərhələsinin başlanması barədə danışdı. Görünür yeni mərhələ S.Sarkisyanın formatına qaydışdan ibarət olacaq.
Müharibəyə gəlincə, Azərbaycan üçün Dağlıq Qarabağ və itrilmiş digər torpaqlar uğrunda müharibə qaçılmazdır. Beynəlxalq aləmin Paşinyana verdiyi bir vaxt limiti var, bu da onun demokratikliyi ilə deyil, rəhbərliyə yeni gəlməsi ilə bağlıdır, beynəlxalq aləm Paşinyanı demokrat kimi qəbul etmir. Beynəlxalq aləm düşünür ki, o, vəziyyəti öyürənib yeni qərarlar qəbul edəcək, lakin bu limit də bitmək üzrədir. Bundan sonra Azərbaycan ordusu qarşı tərəfin hər hansı bir hərbi səhvinə ciddi cavab verəcək. Müasir dünyada bir çox məqamlarda siyasətlə hərb birləşdirilir. Məsələn, Hindistan anti-terror əməliyatları adı altında Kəşmiri bömbaladı, sonra isə bu bombardımanı sülhməramlı əməliyyat kimi təqdim etdi, beynəlxalq aləm isə buna etiraz etmədi, əksinə normal hal saydı. Yəni buna bənzər, siyasi motivli tənzimləmələrdə hərbi əməlyatlara beynəlxalq təşkilatlar göz yumur. Düşünürəm ki, əgər Başkənddə kimi hərəkətlərə yol versə, Azərbaycan ordusu hücuma keçəcək və beynəlxalq aləmdə dəstəklənəcək. Məsələn, Laçın koridoru bombalanaraq azad edilsə, buna heç kim etiraz etməyəcək, çünki Azərbaycan ərazisidir və əhali yaşamır. Amma strateji əhəmiyyətə malikdir - Dağlıq Qarabağın Ermənistanla əlaqəsi kəsilir. Düşünürəm ki, belə bir hadisə yaxın zamanlarda baş verəcək.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə məsələyə münasibətdə konkret təkliflərlə çıxış edir: "Biz Ermənistanın baş naziri Nikol Paşinyanın Şuşadakı yallısına necə reaksiya verməliy(d)ik? Birincisi, bu "yallı"nın ona baha başa gələcəyini, ikincisi, atəşkəsin pozulmayacağı təminatına zərbə vurmasını, üçüncüsü, tərəflər arasında özünün arzuladığı "inam atmosferinin" mümkün olmayacağını, dördüncüsü, nazirlərin son görüşündə şifahi razılaşdırılan bütün bəndlərin üzərindən xətt çəkməsi ilə izah etməliyik".
Akif Nəsirli