“Nar”-ın dəstəyi ilə keçiriləcək NETTY-2019 mükafatına sənəd qəbulu davam edir



 

 

“Nar”-ın əsas tərəfdaşlığı ilə keçiriləcək NETTY-2019 Azərbaycanın milli internet mükafatı üçün sənəd qəbulu davam edir. Müsabiqədə iştirak etmək üçün ərizə qəbulu mayın 24-də başa çatacaq. Qeyd edək ki, ərizələr http://www.netty.az saytında qəbul edilir. Mayın 24-dən 31-dək mükafatın nominantlar siyahısını formalaşdıran Ekspert Şurasının və Virtual münsiflər heyətinin səsverməsi keçiriləcək. 01 iyunda isə NETTY Akademiyası nominantlar sırasından qaliblərin müəyyən edilməsi üçün səsverməyə başlayacaq.

 

Müsabiqə çərçivəsində aşağıdakı nominasiyalar üzrə Azərbaycanda ən yaxşı resurslar elan olunacaq: “Dövlət”, “İqtisadiyyat və Biznes”, “Təhsil və Elm”, “Mədəniyyət və Yaradıcılıq”, “İnformasiya və Xəbərlər”, “Elektron Xidmətlər və Ticarət”, "İlin İT-Hadisəsi" nominasiyaları və s.

 

NETTY mükafatı hər il ən yaxşı Azərbaycan İT layihələrini, əhəmiyyətli veb-resursları və informasiya texnologiyaları sahəsində peşəkarları müəyyən edir və onları mükafatlandırır. NETTY Azərbaycan milli internet mükafatı 2004-cü ildə təsis edilib. Ümumdünya şəbəkəsinin milli seqmenti və İKT bazarının inkişafı məqsədilə yaradılmış NETTY, informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır.

 

Qeyd edək ki, bu il də müsabiqə “Nar”-ın əsas tərəfdaşlığı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir. “Nar” özünün çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycanda İKT sahəsinin inkişafına və müxtəlif innovativ texnologiyaların, o cümlədən startapların tətbiqinə dəstək olur.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.