Hövsandakı 281 saylı tam orta məktəb direktorunun rüşvət toru
Dadaş müəllimin qanac əldə etmək ehtirası coşub
Mətbuatdan hər kəsə yaxşı məlumdur ki, Hövsən qəsəbəsi 281 saylı tam orta məktəb son illərə qədər təhsil ocağından çox, ictimaiyyətə fahişəliklə məşğul olan müəllimlərin yuva saldığı məktəb kimi təqdim olunurdu. Nazirlik tərəfindən aparılan ciddi tədbirlər nəticəsində məktəbin direktoru və iki müəllim məktəbdən xaric edilib. Məktəbə 2018-ci ildə Əliyev Dadaş Sərxoş oğlu direktor təyin olunub. Qeyd edək ki, Dadaş Əliyev bundan əvvəl Suraxanı rayonu 315 saylı tam orta məktəbdə direktor vəzifəsində işləyib.
Valideynlərin və pedaqoji kollektiv üzvlərinin dediklərinə görə, direktor vəzifəsinin icrasına başalayandan sonra özünü kollektivə təcrübəli pedaqoq kimi təqdim etməyi bacaran Dadaş Əliyev məktəbdə xeyli iş gördükdən və pedaqoji kollektivlə yaxından tanış olandan sonra, məktəbdə özünəməxsus qazanc mənbələri yaratmağa başlayıb.
Onun qazanc mənbəyi kimi istifadə etdiyi üsullardan birinin müəllimlər arasında dərs bölgüsü zamanı ədalətsizliyə yol verib, dərs bölgüsünü rüşvətlə apardığı bildirilir. Məktəbin pedaqoji kollektivinin kifayət qədər böyük olduğunu nəzərə alsaq, məktəb direktorunun dərs bölgüsündən yetərincə qazanc əldə etməsi barədə daxil olan xəbərin heç də təsadüf olmadığına əminlik yaradır.
Adlarının hələlik gizli saxlanmasını istəyən məktəb müəllimlərin verdikləri məlumata görə, məktəb direktorunun ən böyük qazanc mənbələrndən biri də məktəbin IX, X, XI sinif şagirdlərini məktəbdən yayındırıb, dərsə davamiyyətdən azad edib, ripititor yanına hazırlığa getmələrinə razılıq verməsi və əvəzində onlardan külli miqdarda rüşvət almasıdır. Təhsil nazirliyinin ciddi mübarizə aparmasına baxmayaraq, 281 saylı tam orta məktəbdə direktor tərəfindən törədilən bu qanunsuzluğun qarşısını almağın hələ də mümkün olmadığı iddia olunur.
Direktorun digər qazanc mənbələrindən bəhs edən mənbə direktorun ripititorluqla məşğul olan müəllimlərlə cinayət əlaqəsinə girib, onlara aylıq haqq təyin edərək, məktəbin sinif otaqlarını onların istifadəsinə verdiyini və bu üsulla xeyli qazanc əldə etdiyini bildirir. Mənbə onu da qeyd edir ki, Dadaş Sərxoş oğlu Əliyevin məktəbdə qazanc məqsədi ilə törətdiyi qanunsuz hərəkətlər haqqında dəfələrlə Təhsil nazirliyinə məlumat verilsə də, nazirlik direktorun barəsində heç bir ciddi ölçü götürmür, əksinə, direktor nazirliyin vəzifəli şəxsləri tərəfindən himayə və müdafiə olunur.
Məktəbdə törətdiyi qanunazidd hərəkətlərə qarşı heç bir tədbir görülmədiyindən ruhlanan Dadaş Sərxoş oğlu Əliyev onun bu hərəkətlərinə etiraz edən müəllimlərə qarşı təqib-tədric tədbirləri həyata keçirərək, hamının susmasına nail olmağa çalışır. Direktor müəllimlər arasında intiriqa salaraq, pedaqoji kollektivdə mənəvi cəhətdən sağlam mühitin yaranmasına maneə olur, pedaqoji kollektivdə intiriqa mühitini daha dərinləşdirib, öz çirkin məqsədlərini həyata keçirmək məqsədi ilə müəllimlər arasında dedi-qoduların daha da çoxalmasına cəhd edir.
Analıq məzuniyyətinə çıxan müəllimlərin dərslərini özünə yaxın, dərs yükü çox olan müəllimlərə verib, onlardan rüşvət alır. Məktəbdənkənar, sinifdən xaric dərs və məşğələlərin pulunu mənimsəməkdən kifayət qədər gəlir əldə edən məktəb direktoru ərəb şeyxləri kimi, olduqca zəng həyat sürür və pedaqoji kollektivə zülm edir...
(ardı var)
Müqəddəs Mehdi