Bu ilin 3 ayında 5000-dən çox it dışləməsi
Erməni xislətlilər üçün insan taleyi yox, heyvan taleyi daha çox maraqlıdır
"Azərbaycanda heyvanlar normal yaşamır, ədalətsizliyin qurbanı olur, işgəncələrə məruz qalır. Heyvanlar da bizim kimi yaradılıbsa, normal yaşamağa haqları var...".
Bu və buna bənzər məntiqsiz sözlər Bakı şəhər İcra Hakimiyyəti binası qarşısında adlarını heyvansevərlər qoyan qadınların keçirdikləri etiraz aksiyasında daha çox səsləndirildi.
Etirazçılar öz çıxışlarında daha çox onu qabartmağa çalışırdılar ki, guya, paytaxtda küçə heyvanları problemi ilə mübarizə aparmağın daha mərhəmətli yollarını axtarıb, tapmaq indiyədək heç bir dövlət strukturunu maraqlandırmayıb; Bu səbəbdən, heyvanlara vurulmuş ziyan hələ də çarpmadan gedir və geniş yayılmış qalır.
Doğrusu, Azərbaycana qarşı belə şantaj kampaniyasına hər dəfə ölkəmizdə əlamətdar bir tədbirin keçirilməsi ərəfəsində start verilir. Xatırlayırsınızsa, Bakı 2015 Olimpiya Oyunları qabağı da, paytaxtda küçə itlərinin yandırılmasının iddia olunduğu videolar yayıldı. Bundan sonra, Ümumdünya Heyvanları Müdafiə Təşkilatı Azərbaycan hakimiyyətini “bu qəddarlığa son qoymağa” çağırdı. Bakıda keçiriləcək "Formula - 1" ərəfəsində də, belə bir iyrənc kampaniya start götürüb.
Əslində, bu məsələnin getdikcə daha geniş şəkildə mətbuatda işıqlandırılması, ölkəmizə qarşı qara piardan başqa bir şey deyil. Ortada, deyilənləri və yazılanları təsdiq edən heç bir dəlil də yoxdur.
Bu bir daha sübut edir ki, bu kimi yalan faktları ortaya atanlar bu əlamətdar tədbir ərəfəsində Azərbaycanın imicini ləkələməyə və mühüm beynəlxalq idman tədbirinə qarşı açıq təxribat törətməyə çalışanların iyrənc planlarının nəticəsidir. Belə olmasaydı, aksiya keçirən və milli hisslərdən məhrumluqları üz-gözlərindən, eləcə də danışıqlarından aydın hiss olunan həmin qadınlar, heç olmasa, bu ilin 3 ayı ərzində 5000 it dişləməsinə məruz qalan həmyerlilərinin acı taleyinə də toxunardılar. Təəssüf ki, bu olmadı!
Heç bu günlərdə paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsində it hücumuna məruz qalan 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlunun taleyi belə onları maraqlandırmadı. İtin bu azyaşlının yanaq nahiyəsini parçalaması, doğrudan da, dəhşət dolu bir kino səhnəsinə bənzəyir və ürək ağrıdır. İt quduz olduğu üçün, uşağı dişləyən kimi ölməsi xəbəri isə, daha acınacaqlıdır.
Yaxşı ki, təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq, oradan da, Bakıya, 1 saylı Klinik Xəstəxanaya aparılıb. Ona quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək, bərpa edilib. Hazırda müalicəsi davam etdirilir.
Bu həyacanlı xəbərlərin yersiz və mənasız aksiya keçirən həmin qadınları narahat etməməsi də, adamı dəhşətə gətirir. Bəyəm, heyvan taleyi insan taleyindən bu qədərmi şirin olur insan üçün. Bu, daşnak xislətli insanlara xas bir xarakter deyilmi?!
Belə daşürəkli insanlar öncə onu bilməlidirlər ki, Peyğəmbər Əfəndimiz də deyib ki, bir heyvan insan taleyi üçün təhlükə törədirsə, onu öldürmək günah hesab olunmur.
Bu yerdə onu da xatırlatmaq yerinə düşər ki, 2007-ci ildə Azərbaycan Ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyasına qoşulub. Və bu Konvensiyanın tələblərinə uyğun olaraq, küçədəki heyvanlar daim vaksinasiya və strelizə edilir.
Konvensiyaya görə, tərəf sahibsiz heyvanların sayının onun üçün problemlər yaratdığını hesab etdiyi halda, o, heyvanları yol verilməməsi mümkün olan əziyyətlərə, ağrılara və ya narahatlığa məruz qoymadan, onların sayını azaltmaq üçün zəruri qanunvericilik tədbirləri və ya inzibati tədbirlər həyata keçirə bilər. Bu tədbirlərə, heyvanların tutulması gərəkdirsə, onlar minimum fiziki və mənəvi əziyyətlər verilməklə tutulmalı, tutulan heyvanların sığınacaqda saxlanılması və ya konvensiya əsasında evtanaziya edilməsi daxildir.
Əgər, Azərbaycan dövlətə aid olan belə tədbirlər həyata keçirirsə, bunu başqa yöndən yozmağın nə mənası?!
Çünki Heydər Əliyev Fondunun və BŞİH-nin birgə layihəsi çərçivəsində yaradılan "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzi də, küçə itləri ilə öz qaydalarına uyğun davranır. Bu yöndən alqışalayıq çox tədbirlər həyata keçirib.
(Yazının davamı olacaq).