İcra başçısının müavini vəzifədən getdi...-YENİLƏNİB
Beyləqan icra hakimiyyət başçısının müavini Məhəmməd Qələndərovun ərizəsi alınıb.
Əldə etdiyimiz xəbərə görə, sabiq icra başçısı Vaqif Abdullayevin zamanında bir neçə korrupsiya fəaliyyətdə ittiham olunan Başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məhəmməd Qələndərov yuxarıların təziqi ilə istehfa ərizəsi yazmağa məcbur edilib.
Hadisədən xəbər verən mənbəndən aldığımız məlumata görə, Məhəmməd Qələndərov Beyləqan şəhərindəki çoxmənzilli yaşayış binalarının 2017-2018- ci ildə dam örtüyünün dəyişdirilməsi üçün ayrılmış 1,5 milyon manat dəyərində görüləcək işi aidiyyatl üzrə Mənzil İstismar İdarəsinə yox, Komunal Xidmət İdarəsinə verib və həmin vəsaitin əksər hissəsi isə mənimsənilib. Bu məsələ ilə bağlı rayonun bir qrup sakini ölkə rəhbərliyinə müraciət edib və məsələ araşdırılaraq müvafiq tədbir görülüb, o cümlədən müavin işdən azad olunub.
Başqa mənbənin verdiyi məlumata görə isə, icra başçısı Asif Ağayevin bütün işləri müavini Məhəmməd Qələndərova həvalə etdiyini, birinci müavini T. Məstanova isə etimad göstərmədiyini onu himayə edən, rayonun kuratoru, PA-nın İdarəetmə Orqanları ilə İş şöbəsinin əməkdaşına şikayət etdikdən sonra, kurator ötən həftə rayona gəlib, vətəndaşların qəbulunda iştirak edib. Eyni zamanda, Məhəmməd Qələndərovun işdən azad olunmasını gündəmə gətirib.
Qeyd edək ki, rayon ictimaiyyəti Məhəmməd Qələndərovun fəaliyyəti haqqında mənfi motivli yazıların ölkə mediasını zəbt etməsini də, məhz Telman Məstanovun Məhəmməd Qələndərova qarşı gizli apardığı savaşın tərkib hissəsi sayır.
Mahir