Ali Məhkəməyə daxil olan işlərin sayı 2 faiz artıb



 

"Problemli kreditlərlə bağlı məhkəmə işlərinin icraatı təxirə salınıb"

 "Problemli kreditlərlə bağlı məhkəmə işlərinin geri çağırılması barədə fərman dərc olunan kimi, bütün işlər dayandırılıb. Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə işçi qrup yaradılıb və işlər görülür. Tövsiyyə budur ki, iddiaçılar gəlib iddia ərizələrini geri götürsünlər".

Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev dünyən keçirdiyi mətbuat konfransında deyib.

Tədbirdə çıxış edən Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Əsəd Mirzəliyev bildirib ki, problemli kreditlərlə bağlı məhkəmə işlərinin icraatı təxirə salınıb: "Bu bir bank üzrə deyil, bir vətəndaşın bütün banklarda olan kreditlərinin toplam məbləğinə aiddir. Buna görə də, bu proses uzun vaxt aparır, bütün banklara sorğu verilir və vətəndaşın bir neçə bankda olan kredit məbləğinin 10 min dollardan artıq olub-olmadığı müəyyənləşdirilir".

Elektron Hökumət portalının tərkib hissəsi olan "Elektorn məhkəmə"nin inkişafından danışan R.Rzayev qeyd edib ki, "Elektorn məhkəmə" informasiya sistemi məhkəmə hakimiyyətinin və ədalət məhkəməsinin işini səmərəliləşdirən sistemdir və o vətəndaşın məhkəməyə müraciət etmək hüququnun yaravnması anından məhkəmə qərarının icrasının tamamlanmasına qədər bütün prosesləri əhatə edir: ""Elektorn məhkəmə" informasiya sisteminin yaradılması və aparılan geniş miqyaslı məhkəmə-hüquq islahatları ədalət məhkəməsinin həyata keçirilməsidə süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəməyə müraciət imkanlarının daha da asanlaşmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəməyə müraciət imkanlarının daha da asanlaşmasına, məhkəmə qərarlarının icrasına nəzarətin səmərəliliyinin artırılmasına, elektron karguzarlığın və elektron sənəd dövriyyəsinin təmin edilməsinə xidmət edir".

Sədir onu da diqqətə çatdırıb ki, Ali məhkəmənin mülki, cinayət və hərbi kollegiyalarında 2018-ci ildə baxılan işlər 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə azalıb, inzibati-iqtisadi kollegiyasında isə artıb - mülki kollegiyada 6,5 faiz, cinayət kollegiyasında 3,1 faiz, hərbi kollegiyada isə 8,9 faiz azalma, inzibati-iqtisadi kollegiyada isə 4 faiz artım müşahidə edilib. Ümumilikdə isə Ali Məhkəməyə daxil olan işlərin sayı 2 faiz artıb.

 Akif Nəsirli