“Nar” paytaxtda növbəti rəsmi mağazasını təqdim etdi
“Nar” bütün ölkə ərazisində yaşayan sakinlərə göstərilən xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə, mağazalarının sayını artırmaqda davam edir. Mobil operator növbəti mağazasını paytaxtın Binə qəsəbəsində təqdim edib. Yeni konseptə uyğun ekspress tipli mağaza Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə 9 ünvanında yerləşir. Qeyd edək ki, müasir avadanlıqlarla təchiz edilən dükanda müştərilərə müxtəlif təkliflərlə xidmət göstəriləcək. Özünün müştəri yönümlülük dəyərlərinə sadiq qalan “Nar”, mağazada nömrələr üzərində müxtəlif əməliyyatların həyata keçirilməsi, satışı, internet paketlərinin alışı, telefonların satışı da daxil olmaqla, diler əməkdaşları tərəfindən bütün növ abunəçi xidməti göstərir.
Yeni dükanın təqdimatı ilə əlaqədar olaraq, aprelin 15-nə kimi mağazadan nömrə alan müştərilərə “Nar” tərəfindən müxtəlif hədiyyələr və ikinci nömrə veriləcək.
“Nar” mağazalarının ünvanı və xidmətləri haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.