İcra başçısı Məhərrəm Quliyev Şəhid Adil Tatarovun ailəsin ziyarət edib



 

 

Martın 8-də Ağstafa Rayon İcra başçısı Məhərrəm Quliyev rayonun Qıraq Kəsəmən kəndində şəhid Adil Tatarov ailəsin ziyarət edib.

İcra başçısı Məhərrəm Quliyev şəhid Adil Tatarovun evlərində Şükufə xanımı və bacılarını 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.

Ziyarət-görüş tədbirdə rayonun-hüquq mühafizə orqanları, rayon ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, Ağstafa qəzetinin baş redaktoru Əliyev İbrahim və digərləri iştirak ediblər.

Çay süfrəsi ətrafında keçən səmimi görüşdə İcra başçısı bildirib ki, şəhid Adil Tatarovun ailəsi mənim öz doğma ailəmdir: "Bu gün biz azad və suveren bir ölkədə yaşayırıqsa, Adil kimi şəhidlərimizin şücaəti sayəsindədir. Adil bizim aramızda olmasa da, hər zaman bizim qəlbimizdə əbədi olaraq yaşayır. Şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların ailə üzvlərinə diqqət və qayğı göstərmək isə hər birimizin vətəndaşlıq borcumuz, ən əsas vəzifəmizdir."

Sonra icra başçısı Məhərrəm Quliyev qeyd edib ki, yaxın zamanda Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımız işğaldan azad olunacaq və bütün şəhidlərimizin ruhu o zaman sakitlik tapacaqdır: "Şəhidlərimizə Allahdan rəhmət diləyirəm və İnşəallah növbəti bayramlarımızı birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edəcəyik".

Daha sonra icra başçısı Məhərrəm Quliyev Şukufə xanıma və qızlarına 8 Mart münasibəti ilə bayram hədiyyələrini təqdim edərək bütün rayon ictimaiyyəti adından onlara, möhkəm can sağlığı arzu edib.

Sonda xatirə şəkilləri çəkdirilib.

ags basciags basci1ags basci3ags basci5ags basci4ags basci7ags basci2