“Nar” növbəti rəsmi mağazasını Qəbələdə təqdim etdi

 



 

 

“Nar” paytaxtla yanaşı, regionlarda yaşayan sakinlərə göstərilən xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə, mağazalarının sayını artırmaqda davam edir. Mobil operator növbəti rəsmi mağzasını Qəbələdə təqdim edib. Yeni konseptə uyğun mağaza Qəbələ rayonu, H.Əliyev küçəsində yerləşir. Qeyd edək ki, müasir avadanlıqlarla təchiz edilmiş dükanda müştərilərə müxtəlif təkliflərlə xidmət göstəriləcək. Özünün müştəriyönümlülük dəyərlərinə sadiq qalan “Nar”, mağazada nömrələr üzərində müxtəlif əməliyyatların həyata keçirilməsi, satışı, internet paketlərinin alışı, telefonların satışı, eyni zamanda diler əməkdaşları tərəfindən digər yüksəkkeyfiyyətli müştəri xidmətləri göstəriləcək.

Yeni dükanın təqdimatı ilə əlaqədar olaraq, fevral ayının 28-i və martın 1-i mağazaya gələn hər bir müştəriyə “Nar” nömrə hədiyyə veriləcək. Bundan başqa, telefon və aksesuar alanlara da “Nar” nömrələr hədiyyə olunacaq.

Qeyd edək ki, “Nar” paytaxtla yanaşı, ölkənin regionlarına xüsusi diqqəti ilə seçilir və bölgələrdə yaşayan abunəçilərə yüksəkkeyfiyyətli mobil rabitə xidməti göstərir. Bu çərçivədə “Nar” xüsusi olaraq Azərbaycanın bölgələrində yaşayan abunəçilərinə cəmi 1 qəpiyə danışmaq imkanı verən “Yerlim” tarifini təqdim edib.

“Nar” mağazalarının ünvanı və xidmətləri haqqında ətraflı məlumatı nar.az/map internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.