Elşad Miri: İslamda dini kəbin anlayışı yoxdur - VİDEO
İslamda dini kəbin anlayışı yoxdur, sonradan ortaya çıxıb.
Bu fikirləri Baku Tv-yə müsahibəsi zamanı ilahiyyatçı Elşad Miri səsləndirib.
O qeyd edib ki, kilsədə mövcud olan kəbin anlayışını İslamla birləşdirərək, müsəlmanlara təqdim ediblər.
İlahiyyatçı bildirib ki, bu gün din xadimləri dini kəbini olmayan insanlardan dünyaya gələn körpələri zina məhsulu adlandırırlar.
Elşad Miri daha çox qadınların haqqının tapdalandığını vurğulayıb.
Daha ətraflı videonu Baku Tv-də izləyə bilərsiz :
İlhamə Kələyeva, Valeh Arifoğlu