Prezidentdən cəbhə xəttindəki evlərin bərpası ilə bağlı - SƏRƏNCAM
Prezident İlham Əliyev Ağdam rayonunun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini erməni silahlı birləşmələrinin iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə məruz qoyması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə sərəncam imzalayıb.
seherxeber.org xəbər verir ki, Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 139 ailənin yaşadığı 121 fərdi yaşayış evinin (siyahı əlavə olunur) bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılır.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.