Anri baş məşqçi oldu



 

Tyerri Anrinin “Monako”ya baş məşqçi təyinatı rəsmiləşib.

“Qafqazinfo” xəbər verir ki, peşəkar futbola “Monako”da başlayan 41 yaşlı məşqçi ilə 3 illik müqavilə imzalanıb.

Anri bu vəzifədə uzun ilər çalışmış Leonardo Jardimi əvəz edib.

Xatırladaq ki, Anrinin son iş yeri Belçika millisi olub. O, baş məşqçi Roberto Martinesin köməkçisi vəzifəsi idi.