Bakıda dəhşətli yol qəzası - 4 nəfər öldü+ Video



 

Bakıda Nobel prospektində dəhşətli yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza nəticəsində 4 nəfər dünyasını dəyişib.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadaları və polislər cəlb edilib.

Qəza səbəbindən prospektdə böyük tıxac yaranıb.

Qəza barədə məlumatı və görüntünü müğənni Elvin Abdullayev İnstaqram hesabında paylaşıb.