Ərdoğan Putinlə razılığa gəldi - Hücum olmayacaq
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşündən sonra mətbuat konfransı keçirilib.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin görüşdə Suriya məsələsində razılıq əldə olunduğunu bildiriblər.
Ərdoğan qeyd edib ki, Suriyanın İdlib bölgəsində müxaliflərlə hökumət qüvvələrinin nəzarəti altındakı bölgələr arasında neytral bölgənin qurulması razılaşdırılıb:
“Müxalifət qüvvələri hazırki yerlərində qalmağa davam edəcəklər. Buna qarşılıq olaraq, radikal qruplaşmaların həmin neytral zonada fəaliyyət göstərməmələrini Rusiya ilə birlikdə təmin edəcəyik. Rusiya Suriya hökumət qüvvələrinin İdlibə hücum etməməsi üçün çalışacaq. Neytral zonanın hər iki tərəfində Türkiyə və Rusiya tərəfindən nəzarət aparılacaq. Bu razılaşma ilə İdlibdə böyük bir fəlakətin qarşısını almış olduğumuzu düşünürəm”.
Qeyd edək ki, neytral bölgə 15 oktyabrda 15-20 km məsafədə quralacaq.