Muxtar Vəlizadə memarlıq, dizayn və inşaat sahəsində inqilab etdi - Foto + Video



 

Tanınmış memar-dizayner Muxtar Vəlizadə memarlıq, dizayn və inşaat sahəsində VR PROJECT layihəsini təqdim etməklə bir ilkə imza atıb.

“Qafqazinfo” xəbər verir ki, tanınmış memar-dizayner ölkəyə ilk dəfə Avropanın ən müasir VR və AR texnologiyalarını gətirib. Layihə böyük marağa səbəb olub.

Muxtar Vəlizadə Avropa təcrübəsini Azərbaycana gətirməklə, müştərilərə tikinti işləri aparmadan öncə onlara ev, restoran, otel, idman və əyləncə mərkəzləri, eləcə də digər obyektləri görmək imkanı yaradır. Bir eynək taxmaqla arzulanan obyektdə tam hazır və təmirdən sonrakı vəziyyətdə real gəzinti etmək mümkündür.

Beləliklə, Muxtar Vəlizadənin VR PROJECT layihəsi inşası nəzərdə tutulan istənilən məkanı tam hazır vəziyyətdə göstərmək, oranı canlı yaşamaq imkanına malikdir.

VR PROJECT ölkədə ən qabaqcıl şirkətlərlə əməkdaşlıq edir. Layihənin rəsmi tərəfdaşları sırasında “Razenni Mebel”, “Natura İnşaat”, eləcə də digər tanınmış və öz sözünü demiş şirkətlər var.

VR PROJECT layihəsinin müəllifi Muxtar Vəlizadə üçün əsas məqamlardan biri də bu innovasiyanın qiymət siyasətinin hər bir vətəndaşın büdcəsinə uyğun olmasıdır. 

Daha ətraflı məlumatı www.vrproject.az saytından əldə edə bilərsiniz.

VR PROJECT

Layihənin rəhbəri - Muxtar Vəlizadə

Əlaqə nömrəsi: +99450 200 51 21