İşdən çıxarılan generalın yerinə təyinat oldu
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun yerinə yeni təyinat olub.
“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəis müavini Orxan Əziz oğlu Qasımov Pentensiar Xidmətin rəis müavini təyin edilib.
Qeyd edək ki, təyinat dünən - sentyabrın 10-da gerçəkləşib. O.Qasımov kollektivə təqdim edilib.
Xatırladaq ki, general Hüseyn Əlixanovun adı bir müddət əvvəl məhbuslar- "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı vaqondan qaçması ilə gündəmə gəlmişdi. Belə ki, generalın bacısı oğlu, qarovul rəisi Ceyhun Səmədov ölkə gündəmini zəbt edən bu olayla bağlı saxlanılmışdı. Həmin hadisədən sonra - bu ilin mayında general H.Əlixanov vaxtından əvvəl təqaüdə göndərildi.