Əliyev Xorvatiya prezidenti ilə görüşüb - Fotolar



 

 

Xorvatiyada rəsmi səfərdə olan prezident İlham Əliyevin sentyabrın 6-da rəsmi qarşılanma mərasimi olub.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç dövlət başçısı İlham Əliyevi qarşılayıb.