“ABŞ İranda dövlət çevrilişi hazırlayır”
“ABŞ 1953-cü ildə olduğu kimi, İranda hakimiyyəti devirmək üçün “hərəkət qrupu” yaradıb”.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tvitter səhifəsində yazıb:
“Düz 65 il əvvəl ABŞ xalq tərəfindən seçilmiş demokratik hökuməti - (Məhəmməd) Mosaddıqı devirərək diktatura rejimini bərpa etdi və İran xalqını növbəti 25 il ərzində kölə halına saldı. İndi İran üzrə “hərəkət qrupu” təzyiq, dezinformasiya və demaqoqluq yolu ilə eyni addımı atmaq arzusundadır. Bir daha əsla!”.
Xatırladaq ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo bu yaxınlarda Dövlət Departamentində Tehranla münasibətlərdə siyasi koordinasiya işi ilə məşğul olacaq “hərəkət qrupu” yaradılacağını bəyan etmişdi. Pompeo yeni qrupun fəaliyyəti ilə bağlı isə hər hansı detalı açıqlamamışdı.