İlham Əliyev Əfqanıstan prezidentini təbrik etdi
Prezident İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaniyə təbrik məktubu göndərib.
“Qafqazinfo” xəbər verir ki, məktubda aşağıdakılar qeyd edilib:
“Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Əfqanıstan əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və daha da möhkəmlənəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına əmin-amanlıq və rifah arzulayıram".