Mətbuat Günü ilə bağlı ekskursiya təşkil olundu - Fotolar



 

 

22 iyul – Milli Mətbuat günü münasibətilə Asan Radio və İctimai TV-nin inzibati binalarına ekskursiya təşkil olunaraq onların kollektivi təbrik edilib.

"Qafqazinfo" xəbər verir ki, ekskursiyada Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Kərimov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, YAP Binəqədi rayon təşkilatının fəal gəncləri iştirak ediblər.

Görüşlər zamanı Asan Radionun direktoru Emin Musəvi və İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımovun iştirakı ilə çay süfrəsi ətrafında səmimi söhbət aparılıb. 

A.Əliyeva hər iki qurumun kollektivini 22 iyul – Milli Mətbuat günü münasibətilə təbrik edib, respublikamızda və onun ətrafında baş verən hadisələrin ictimaiyyətə çatdırılmasında, onların geniş analitik təhlil edilməsində, Azərbaycanda gedən demokratik dəyişikliklərin beynəlxalq aləmdə şərh edilməsində obyektivlik, prinsipiallıq, yüksək professionallıq və əsl vətəndaşlıq mövqeyi arzulayıb.