“Hamının başı pul qazanmağa qarışanda...” - Fazil Mustafa



 

 

Deputat Fazil Mustafa Gəncədə baş verən olaylara münasibət bildirib. 

“Qafqazinfo” xəbər verir ki, o, bununla bağlı sosial şəbəkədə bunları yazıb: 

“Gəncədə xaricdəki mərkəzlər tərəfindən idarə olunan xurafatçı şəbəkə tərəfindən şəhid edilən polislərimizə rəhmət etsin. Aylardır söylədiklətimiz, gözlədiklərimiz, hayqırdıqlarımız baş verdi. Şəxsimizi söydülər, təhqir etdilər, şəkillərimizi zibil qabına yapışdırdılar. Dəstək vermələri bir yana dursun, bir dövlət qurumundan maraqlanmadılar ki, niyə məsələnin ciddiliyi barədə gündəm yaradırsan? Hamının başı pul qazanmağa qarışanda dövlətin taleyinə biganəlik də adi hal almağa başlayır. Millətlər var ki, nəsihətlə pisliklərdən uzaqlaşır. Millətlər var ki, nəsihəti sevməzlər, gözlərlər ki, bir müsibət baş versin, sonra nəticə çıxarsınlar. Bizsə nə nəsihətdən, nə də müsibətdən nəticə çıxarana bənzəmirik. Anadolu türklərimizin deyimi var, pərşəmbənin gəlişi çərşənbədən bəllidir. İndi heç olmazsa ölkənin sağduyulu insanlarını, siyasi partiyaları, QHT-ləri, media quruluşlarını səfərbər edərək ölkəmiz üçün düşünülən bu ssenarini pozmağa çalışmalıyıq. Bu yalnız polisin, əsgərin, təhlükəsizlik qurumlarının işi olmamalıdır, bütün ictimai resursları, maarifçilik vasitələrini hərəkətə gətirməliyik”.

Günel Türksoy