“50 gün 1 gün kimi keçdi” - Çerçesov



 

Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov dünya çempionatının ¼ final mərhələsində Xorvatiyaya uduzduqları oyunu şərh edib. “Qafqazinfo” xəbər verir ki, təcrübəli çalışdırıcı üzüntüsünü gizlətməyib.

O, komandasının oyunundan razı qaldığını bildirib: “Təəssüf ki, belə bir matçı uduzduq. Həqiqətən mübarizəni davam etdirməyə layiq idik. Yaxşı oynadıq. Hər şey planlaşdırdğımız kimi idi. Məqsədimiz daha irəli getməkdir. Bəzən qol şanslarını boşa vermək belə mənzərə yaradır. Bu futboldur. Turnirdə bu cür oynadıqları üçün futbolçularıma təşəkkür edirəm. 50 gün demək olar ki, 1 gün kimi uçdu. Tərəfdarlarımıza minnətdaram”.

Çerçesov rəqib tərəfindən bir neçə sürpriz olduğunu da sözlərinə əlavə edib: “Rəqibin heyətində gözləmədyimiz 1-2 sürpriz var idi. Onları bəzən səhv etməyə məcbur etdik. Bizim yaxşı oyunçumuz yox, yaxşı komandamız var idi. Hər kəs hörmətə layiqdir. 23 oyunçu maksimum əlindən gələni ortaya qoydu. Bəziləri çox, bəziləri az oynadı. Amma bu fərq etməz”.