“Haqsız tənqid olunurdum” - Kurtua



 

Belçika millisinin qapıçısı Tibo Kurtua Braziliya ilə matçdan danışıb.

“Qafqazinfo” xəbər verir ki, çərçivə qoruyucusu Neymarın zərbəsindən də söz açıb: “Komandamız hər oyun qələbə üçün meydana çıxır. Biz qrupda İngiltərəni qrupda məğlub etmək istəyirdik və bunu bacardıq.

Biz əmin idik ki, hər rəqibə qalib gələ bilərik. Düşünürəm ki, haqsız olaraq tənqid olundum. Özümü sübut etdib bura gəldim. Bundan şadam. Neymarın zərbəsindən sonrakı seyv? Bilirdim ki, Neymar elə vurmağı sevir və əvvəlcədən ona hazır idim. Yaxşı seyv idi”.