Bakı-Qazax yolunda meyit tapılıb
Bakı-Qazax magistral yolunun kənarında şəxsiyyəti məlum olmayan kişi meyiti tapılıb.
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, magistral yolun Goranboy rayonu Nizami kəndi ərazisindən keçən hissəsində yaşı təxminən 50-55 yaşlarında olan kişi meyiti tapılıb.
Ölən şəxsin kimliyi hələ ki, məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.