Lahıcda uşaq həlak oldu
İsmayıllı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, iyunun 20-də saat 19 radələrində İsmayıllı rayonunun Lahıc qəsəbəsi ərazisində Qəbələ rayon sakini Əlizaman Qarayev idarə etdiyi “QAZ-2417” markalı avtomobillə yolu keçən Tircan kənd sakini – azyaşlı Məhəmməd Babayevi vurub.
Nəticədə uşaq hadisə yerində ölüb, Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Murad Əhməd