Tovuzun yeni başçısı oğluna vəzifə verdi
Tovuzun yeni icra başçısı Məmməd Cahangir oğlu Məmmədov "AQRO Kimya" MMC-nin prezidenti vəzifəsindən istefa verib.
"Qafqazinfo" Unikal.org-a istinadən xəbər verir ki, onun yerinə "AQRO Kimya" MMC-nin prezidenti vəzifəsinə Məmmədov Rəhman Məmməd oğlu təyin edilib.
Qeyd edək ki, yeni rəhbər təyin olunan Rəhman Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısısı Məmməd Məmmədovun oğludur.