Atışmadaa iştirak edənlərə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində Nərimanov rayonunda yerləşən "Nənəmin təndiri" iaşə obyektinin yaxınlığında baş verən silahlı atışmaya görə təqsirləndirilən kriminal aləm üzvləri - Xəyyam Səlimxanov, Murad Həsrətov, Tunar Nağızadə və İlham Ramazana hökm oxunub.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin sədrliyi keçirilən prosesdə məhkəmə kollrgiyasının hökmü ilə İ.Ramazanov 1 il 1 ay, digər şəxslərin hər biri isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2017-ci il yanvarın 7-də iki kriminal qruplaşmanın 20-ə yaxın üzvünün mübahisəsi zamanı odlu silahlardan istifadə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Hadisə yerində araşdırma aparan zaman "Makarov" tipli tapançaya məxsus gilizlər aşkar edilib.
X.Səlimxanov universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu olub.
Murad Əhməd