“FED növbəti faiz artımına gedəcək” - Proqnoz
Bu ayın ortalarınadək FED növbəti faiz artımına gedə bilər.
"Qafqazinfo" xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib. O, bunu ABŞ əhalisinin gəlirlərinin artımı ilə əlaqələndirib:
"ABŞ-da işsizlik son 50 ilin ən aşağı səviyyəsinə enib – 3,8%.
May ayında 223 min yeni iş yer açılıb. Saatlıq qazanc 0,3% artaraq orta hesabla 28,92 dollar olub və illik artım 2,7% təşkil edib.
Bu rəqəmlərdən sonra FED-in (Federal Ehtiyat Sistemi) 12-13 iyunda növbəti faiz artımına getməsi ehtimalı güclənib".