Əfqanıstanda bölməyə hücum, 6 polis öldürülüb
Əfqanıstanın Logar vilayətində polis bölməsinə hücum olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bomba yüklənmiş avtomobil polis mərkəzinin girişində partladılıb, 3 silahlı isə bölməyə daxil olaraq polislərlə atışıb.
Atışma zamanı 3 terrorçu zərərsizləşdirilib, 6 polis isə öldürülüb. Aralarında mülki vətəndaşlar da olmaqla 8 yaralı var.
Hücumu “Taliban” qruplaşması öz üzərinə götürüb.