Dünya çempionatı zamanı yıxılan idmançı ağır xəsarət alıb
İsveçrəli velosipedçi Muriel Furre gənclər arasında keçirilən dünya çempionatının qrup yarışında yıxılaraq ağır xəasarət alıb.
SeherXeber.org xəbər verir ki, 18 yaşlı idmançı ağır kəllə-beyin travması alaraq helikopterlə xəstəxanaya aparılıb.
Qəzanın hansı formada baş verməsi ilə bağlı məlumat verilmir.
Qeyd edək ki, İsveçrənin Sürix şəhərində keçirilən mundiala sentyabrın 29-da yekun vurulacaq.